Home / Cəmiyyət  / Bu hava limanına Ronaldonun adı verilib – FOTOLAR

Bu hava limanına Ronaldonun adı verilib – FOTOLAR

Portuqaliyanın Madeyra şəhərinin hava limanına bu ölkənin futbol üzrə milli komandasının kapitanı Kriştiano Ronaldonun adı verilib. “Ojogo” idman qəzetinə istinadla xəbər verilir ki, bu barədə məlumat Madeyra muxtar bölgəsinin hökuməti tərəfindən təsdiqlənib. Bildirilib ki, Ronaldo Madeyranın

Portuqaliyanın Madeyra şəhərinin hava limanına bu ölkənin futbol üzrə milli komandasının kapitanı Kriştiano Ronaldonun adı verilib.

“Ojogo” idman qəzetinə istinadla xəbər verilir ki, bu barədə məlumat Madeyra muxtar bölgəsinin hökuməti tərəfindən təsdiqlənib. Bildirilib ki, Ronaldo Madeyranın inzibatı şəhəri olan Funşalda anadan olduğu üçün belə bir addım atılıb.

Əslən madeyralı olan ulduz futbolçu ötən gün doğma şəhərinə səfər edərək Funşalda tikdirdiyi beşulduzlu otelin açılışına qatılıb.

Qeyd edək ki, adada Ronaldonun heykəli və onun adını daşıyan futbol muzeyi də var.

Print Friendly, PDF & Email
Review overview