Siyahıda ilk yerdə Amsterdamın Sxiphol aeroportudur. Onun ardınca İstanbul, London, Kopenhagen, Norveçin Handermuen şəhərinin Beynəlxalq hava limanı gəlir. İlk beşliyi Avropanın ən romantik şəhəri sayılan Parisin Şarl de Qoll adına aeroportu tamamlayır. Siyahıda növbəti yerləri Madrid, Lissanon, Stokhom, Roma və Moskva hava limanları tutub.

Bundan başqa, “Happn” mütəxəssisləri hansı peşə sahiblərinin daha çox tanışlıqlara can atdığını da aydınlaşdırıb. Sən demə, mühəndis və fotoqraflar öz həmkarları, aktyor və aktrisalar şirkət rəhbərləri, stilist və memarlar isə hüquqşünaslarla tanış olmaq istəyirlər.

Qeyd edək ki, “Happn” tətbiqetməsi istifadəçiyə olduğu məkanın yaxınlığında olan digər istifadəçi ilə tanışlıq imkanı verir.