R&B ifaçının yeni albomuna dəstək məqsədilə həyata keçirilən dünya turu möhtəşəm konsert proqramı ilə yanaşı, həm də Beyonsun parlaq geyimləri ilə diqqət çəkir. Müğənni konsert ərzində ən az 5 libas dəyişir. Geyimlərin hamısı stilist Marni Senafontenin əl işinin nəticəsidir.

Qeyd edək ki, Givenchy, Balmain, Ulyana Sergeenko və Zana Bayne kimi tanınmış geyim brendləri “Formation” turu üçün özəl səhnə geyimləri hazırlayıblar.