Home / Cəmiyyət  / Ərdoğan: 15 iyul tarixini Şəhidlərimizi Anma Günü elan edirik

Ərdoğan: 15 iyul tarixini Şəhidlərimizi Anma Günü elan edirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdinə qarşı müqavimətini qərarlı şəkildə davam etdirdiyini söyləyib. Anadolu Agentliyinə istinadla xəbər verilir ki, vətəndaşları demokratiya keşiyini davam etdirməyə dəvət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdinə qarşı müqavimətini qərarlı şəkildə davam etdirdiyini söyləyib.

Anadolu Agentliyinə istinadla xəbər verilir ki, vətəndaşları demokratiya keşiyini davam etdirməyə dəvət edən Ərdoğan deyib: “Fərasəti və cəsarəti ilə silahlı çevriliş təşəbbüsünü müvəffəqiyyətsizliyə uğradan qəhrəman millətimdən ölkəmiz bu çətin dövrdən tamamilə çıxana qədər meydanlarda tutduğu demokratiya keşiyini davam etdirməsini xahiş edirəm. Gələcək nəsillər 15 iyul demokratiya müqavimətinin bütün qəhrəmanlarını heç vaxt unutmayacaq. 15 İyul tarixini hər il Şəhidlərimizi Anma Günü kimi elan etdiyimizi də bu münasibətlə sizlərlə bölüşmək istəyirəm.”

Review overview