Home / Hadisə  / Ərdoğan: Rusiya təyyarəsini vuran pilotlar həbs edilib

Ərdoğan: Rusiya təyyarəsini vuran pilotlar həbs edilib

Fətullahçı terror təşkilatı dövlətin içində paralel bir quruluş formalaşdırır. Dövlət çevrilişi cəhdləri uğurlu alınmadı və əminəm ki, yaxın günlərdə və həftələrdə onlar bəzi fikir və planlarını da həyata keçirməyə çalışacaqlar. Amma biz dövlət və xalq

Fətullahçı terror təşkilatı dövlətin içində paralel bir quruluş formalaşdırır. Dövlət çevrilişi cəhdləri uğurlu alınmadı və əminəm ki, yaxın günlərdə və həftələrdə onlar bəzi fikir və planlarını da həyata keçirməyə çalışacaqlar. Amma biz dövlət və xalq olaraq əl-ələyik və bu cür insanlara, təşkilatlara qarşıyıq. Dövlət və xalq birliyi olduğu müddətdə tanklar belə uğurlu nəticə qazanmayacaq və necə ki, qazanmadı.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Dövlət çevrilişi cəhdinin bir qrup hərbçi tərəfindən həyata keçirildiyini deyən Türkiyə Prezidenti azlığın çoxluğa qalib gəlməsinə heç vaxt imkan verməyəcəklərini bildirib və bununla bağlı lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsini vuran pilotların da həbs edildiyini deyib.

Print Friendly, PDF & Email
Review overview