Home / Hadisə  / Türkiyədəki olaylarla bağlı şok məlumatlar

Türkiyədəki olaylarla bağlı şok məlumatlar

Türkiyədə 15 iyulda həyata keçirilən hərbi çevriliş cəhdindən sonra əsgər və polis başda olmaqla dövlət qurumlarındakı təşkilat mənsublarına qarşı sürətli və intensiv əməliyyat başlanıb. Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, “Paralel Dövlət Quruculuğu” mənsublarının çevriliş

Türkiyədə 15 iyulda həyata keçirilən hərbi çevriliş cəhdindən sonra əsgər və polis başda olmaqla dövlət qurumlarındakı təşkilat mənsublarına qarşı sürətli və intensiv əməliyyat başlanıb.

Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, “Paralel Dövlət Quruculuğu” mənsublarının çevriliş cəhdinin arxa planı, bu təşkilata üzv olanların kimliyi, necə əlaqə qurduqları, fəaliyyətlərini necə apardıqları də aydınlaşmağa başlayıb.

Gizlənən “FETÖ”çülərin də adları ortaya çıxıb

Etibarlı mənbələrdən verilən məlumata görə, iki həftə öncə Milli Kəşfiyyat Təşkilatı (MİT) şok sayıla biləcək bəzi məlumatlar əldə edib. Baş qərargah və hüquq-mühafizə təşkilatı başda olmaqla dövlət qurumlarındakı PDY nümayəndələrinin öz aralarında xüsusi olaraq mesajlaşdıqları bir söhbət proqramı ələ keçirilib. Bu proqram vasitəsilə 40 min nəfərlik siyahı tərtib edilib. Bu siyahı Prezident aparatı, Baş nazir aparatı, Baş Qərargah və digər əlaqədar orqanlarla paylaşılıb. Bu proqram təşkilat və PDY mənsubları ilə bağlı bir sıra məlumat verib. Aparılan əməliyyatların başlıca olaraq bu siyahı əsasında aparıldığı məlum olub.

Öcalanı öldürüb xaos yaratmaq istəyiblər

15 iyul gecəsi hərbi çevriliş cəhdi zamanı “darbeci”lərin hədəflərindən birinin də İmralı həbsxanasındakı terror başçısı Abdullah Öcalanla bağlı olduğu öyrənilib. “Darbeci”lər Öcalanı ələ keçirib qaçırmağı, edam etməyi planlaşdırıb. Çevriliş cəhdi dəf edildiyi üçün bu plan həyata keçirilməyib. “Darbeci”lərin Öcalanın ölümü ilə kürd xalqını küçəyə tökməyi, xaos çıxarmağı planlaşdırdıqları məlum olub. Terror təşkilatı PKK-nın qara təbliğatının əksinə, Öcalanın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

“Darbeci”lərin hədəfi

“Darbeci”lərin məclis və siyasi partiyaları ləğv etməyi qarşılarına məqsəd qoyduqları; Bələdiyyə və valilikləri rayon hərbi vəziyyət komandanlığına birləşdirməyi nəzərdə tutduqları öyrənilib. Ədalət və İnkişaf partıyasının (AKP) millət vəkilləri ilə yanaşı Xalqların Demokratiyası partiyasının (HDP) deputatlarını da həbs etməyi planlaşdıran “darbeci”lər, hərbi vəziyyət məhkəmələrində Prezident daxil olmaqla hakimiyyət mənsublarını, mediadan və iqtisadçılardan bir sıra şəxsləri də mühakimə etməyi qarşısına məqsəd qoyub. Bəzi qoşun komandirlərinin çevriliş cəhdində iştirak etməmələri, bəzi briqadaların dəstəyini almamaları tarazlıqları dəyişdirib. “Darbeci”lərin istifadə etdikləri təşkilatlanma, üsul və vasitələr, dinc əhaliyə qarşı da ifrat zorakılığa əl atmaları, kütləvi insan ölümləri üzərindən daxili müharibəyə başlamaqdan çəkinmədiklərini nümayiş etdirib.

2,5 milyon insan küçələrə çıxdı

Xəbərsiz şəkildə hadisələrin ortasında qalan əsgərlərin isə atəş açmaqdan və xalqa qarşı sərt davaranmaqdan imtina etdikləri görünüb. “Darbeci”lərin Şimali İraqda PKK-ya qarşı tətbiq olunan tanker təyyarə dəstəkli bombalama texnikalarını istifadə etdikləri, iki il əvvəlki hərbi təlimlərdəki ssenariləri tətbiq etdikləri müəyyən edilib. “Darbeci”lər ən böyük zərəri Türkiyə Silahlı Qüvvələrinə verib. Zərbənin qarşısının alınmasında ən böyük pay isə xalqın olub. Belə ki, 2,5 milyon insan küçələrə çıxıb.

Hərbi çevrilişə cəhdlə bağlı xəbərdarlıq

Əslində, bu çevriliş cəhdi ilə bağlı kəşfiyyat aparılıb, ancaq buna cürət edəcəkləri düşünülməyib. Əldə olunan məlumatlarda PDY rəhbərliyinin yay aylarında bir çevriliş cəhdi edəcəkləri göstərilib. Mənbələr bu kimi kəşfiyyatların vaxt, saat, yer və kimlərin cəhddə iştirak edəcəyinə dair dəqiq faktların ortaya qoyulması ilə bir məna daşıyacağını deyir. Əks halda isə bu məlumatlar bir işə yaramır, sadəcə bir ehtimal olaraq qalır.

Raket batareyasına maneə

İyulun 15-dən 16-na keçən gecə işin gedişini dəyişdirən bir başqa əhəmiyyətli hadisə də baş verib. Polatlıdan çevriliş tərəfdarı olan bir mayor komandanlığı altında 60 əsgərlə yola çıxan 3 raket batareyası Ankaranın girişində dayandırılıb. Xalqın da dəstəyi ilə şəhərə girişlərinin qarşısı alınıb. Polis zabit və əsgərləri saxlayıb, raket batareyalarını daşıyan yük maşınlarının şinləri partladılıb. (AzNews.az)

Review overview