Home / Qarabağ  / Sarkisyan Qarabağda ərazilərin geri qaytarılmasını müzakirə edib

Sarkisyan Qarabağda ərazilərin geri qaytarılmasını müzakirə edib

Dağlıq Qarabağa səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirib və ərazilərin Azərbaycana qaytarılmasına aid mövqelərini öyrənib. Bu məlumatı “Azadlıq” radiosunun erməni redaksiyası yayıb. Məlumata əsasən, üç gün öncə keçirilmiş görüşdə Dağlıq Qarabağ

Dağlıq Qarabağa səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirib və ərazilərin Azərbaycana qaytarılmasına aid mövqelərini öyrənib.

Bu məlumatı “Azadlıq” radiosunun erməni redaksiyası yayıb.

Məlumata əsasən, üç gün öncə keçirilmiş görüşdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da iştirak edib.

“Qarabağ hərəkatı”nın iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, Serj Sarkisyan bildirib ki. Ermənistan tərəfinə Qarabağa bitişik torpaqları qaytarmaq təklif olunmasa da, o yenə də insanların buna münasibətini öyrənib.

“O, hər bir iştirakçının fikrinin öyrənib, 90% bildirdi ki, ərazilərin qaytarılmasına qarşıdır”, – Petrosyan deyib.

Yaxın zamanlarda Sarkisyan Qarabağda daha bir görüş keçirəcək, lakin bu görüşün dəqiq tarixi məlum deyil. (virtualaz.org)

Print Friendly, PDF & Email
Review overview