Home / Cəmiyyət  / Əkiz qardaşlardan biri 700, digəri 685 bal toplayıb

Əkiz qardaşlardan biri 700, digəri 685 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 15-də keçirdiyi imtahanda I və IV qruplar üzrə 6 nəfər 700 bal toplayıb ki, onlardan biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevdir. Əkiz qardaşlar olan Rəvan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 15-də keçirdiyi imtahanda I və IV qruplar üzrə 6 nəfər 700 bal toplayıb ki, onlardan biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevdir.

Əkiz qardaşlar olan Rəvan və Nurlan Nəzərəliyevlər bu imtahanlarda müvafiq olaraq 700 və 685 bal toplayıblar.

Sınaqda 700 bal topladığını və imtahanda da belə yüksək nəticəyə inandığını söyləyən Rəvan deyib: “Yüksək nəticə üçün inam, səbirlə çalışmaq əsas şərtdir. Dərslərə sistemli çalışmaq lazımdır. Mən bu cür hazırlaşdım və yüksək nəticə göstərdim. Fürsətdən istifadə edib, orta məktəb müəllimlərimə və ən yüksək nəticə göstərməyimdə zəhməti olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm”.

Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdırlar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları Rəşad 2013-cü ildə 677 balla Bakı Ali Neft Məktəbinə daxil olub.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview