Home / Mədəniyyət  / Türkiyədə bəzi telekanal və radioların yayımı dayandırıldı – SİYAHI

Türkiyədə bəzi telekanal və radioların yayımı dayandırıldı – SİYAHI

Türkiyədə bəzi telekanalların və radioların fəaliyyəti dayandırılıb. Anadolu agentliyinə istinadən xəbər verilir ki, Türkiyə Radio və Televiziya Komitəsi hərbi çevrilişə cəhd göstərən təşkilatı dəstəklədiyi üçün bəzi telekanal və radioların yayımını dayandırıb və onların lisenziyalarına xitam verilib. Fəaliyyəti

Türkiyədə bəzi telekanalların və radioların fəaliyyəti dayandırılıb.

Anadolu agentliyinə istinadən xəbər verilir ki, Türkiyə Radio və Televiziya Komitəsi hərbi çevrilişə cəhd göstərən təşkilatı dəstəklədiyi üçün bəzi telekanal və radioların yayımını dayandırıb və onların lisenziyalarına xitam verilib.

Fəaliyyəti dayandırılan radio və televiziyaların adları belədir:

STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radyo, Burç FM, Samanyolu Haber Radyosu, Radyo Mehtap, Haber Radyo Ege, Dünya Radyo, Radyo Küre, Merkür TV, Esra Radyo, Tuna Shoping TV, Samanyolu Haber Radyo Anadolu.

Review overview