Home / Cəmiyyət  / Qərbi Azərbaycanlıların təklifi: Köhnə Başkənd yaşayışa açılsın!

Qərbi Azərbaycanlıların təklifi: Köhnə Başkənd yaşayışa açılsın!

“Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi” İB-nin təşkilatçılığı ilə sabah iyun ayının 20-də, saat 14.00-da BMM-nin (Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Mətbuat Evinin 6-cı mərtəbəsi) iclas zalında toplantı keçiriləcək. Bu haqda təşkilatın sədri Rizvan Talıbov məlumat verib. Onun

“Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi” İB-nin təşkilatçılığı ilə sabah iyun ayının 20-də, saat 14.00-da BMM-nin (Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Mətbuat Evinin 6-cı mərtəbəsi) iclas zalında toplantı keçiriləcək.

Bu haqda təşkilatın sədri Rizvan Talıbov məlumat verib.

Onun sözlərinə görə, Qərbi Azərbaycandan olan ziyalıların bir qisminin bir araya gəlməsi ilə yığıncaq baş tutacaq və Gədəbəydə yerləşən Köhnə Başkənd yaşayış massivinin Qərbi Azərbaycandan olan qaçqınlarla məskunlaşdırılması təklifi müzakirə olunacaq.

Toplantıda bu strateji kəndin yaşayış məskəni kimi açılması təklifi ilə prezident İlham Əliyevə müraciət olunması gözlənilir.

Rizvan Talıbov əlavə edib ki, bu təklif ermənilərin gələcəkdə Azərbaycanın qədim torpaqlarına sahiblənmək iddialarına qarşı yönəlib:

“Toplantıda,  həmçinin İrəvan şəhərinin paytaxt olaraq ermənilərə verilməsi qərarına yenidən baxılaraq ləğv edilməsi məsələsi də müzakirə ediləcək”.

Review overview