Home / Hadisə  / Polat Alemdar Ərdoğanın evinin qarşısına getdi – SƏBƏB

Polat Alemdar Ərdoğanın evinin qarşısına getdi – SƏBƏB

Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan “Kurtlar Vadisi” serialında baş rolu (Polat Alemdar) ifa edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib. “İhlas” xəbər agentliyinə istinadən xəbər verilir ki, dünən gecə saatlarında prezident Rəcəb Tayyip

Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan “Kurtlar Vadisi” serialında baş rolu (Polat Alemdar) ifa edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib.

“İhlas” xəbər agentliyinə istinadən xəbər verilir ki, dünən gecə saatlarında prezident Rəcəb Tayyip Ərdoğanın evinin qarşısına gələn aktyor hərbi çevriliş cəhdini pisləyib.

Əraziyə cəmləşmiş insanlarla fotolar çəkdirən və fikir mübadiləsi aparan Necati Şaşmaz ölkədə demokratik mühitin qorunması üçün hamının çalışmalı olduğunu deyib:

“Müstəqilliyimizi qoruyuruq. Dostlar lazım olan sözləri deyir. Mən də prezidentin çıxışını dinlədim. Hamı demokratiyanın keşiyində durmalıdır”.

Print Friendly, PDF & Email
Review overview