Home / İqtisadiyyat  / Bakı-Tbilisi-Qars dəmiryolundan yeni xəbər

Bakı-Tbilisi-Qars dəmiryolundan yeni xəbər

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bölgə ölkələri üçün iqtisadi və strateji baxımdan böyük önəmə sahibdir. İldə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu layihənin hədəfi, 2034-cü ildə il ərzində 3 milyon sərnişin

“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bölgə ölkələri üçün iqtisadi və strateji baxımdan böyük önəmə sahibdir. İldə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu layihənin hədəfi, 2034-cü ildə il ərzində 3 milyon sərnişin və 17 milyon ton yük daşımaqdır”.

Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Bu sözləri Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, inşası 2010-cu ildə başa çatması gözlənilən, lakin illərlə davam etdirilən bu dəmiryolu ilə Avropa-Çin xəttində fasiləsiz daşıma mümkün olacaq.

Ekspert deyib ki, Azərbaycan Xəzər dənizi ilə Avropa arasında bir körpü olaraq önəmli bir stansiya vəziyyətinə gələcək: “Bölgədə Ermənistan ətrafında izolyasiyanın güclənməsində də bu dəmiryolu layihəsi mühüm əhəmiyyət kəsb edir. Çünki, yaxın zamana qədər təxirə salınan Abxaziya dəmir yolunun Bakı-Tbilisi-Qarsa alternativ olaraq düşünülməsi bölgədəki strateji tarazlıqları dəyişdirə bilər”.

“Gürcüstanda İvanişvili zamanında bu məsələ çox danışılırdı, ancaq yaxın dövrdə buna bənzər fikirləri yenidən eşitmək mümkündür. Bu layihənin ən önəmli hissəsi isə Türkiyədir. Çünki, Türkiyə üzərindən Avropaya çıxmaq Gürcüstan və Azərbaycan üçün uzunmüddətli qazanc deməkdir. Qars bölgəsinin yenidən strateji nöqtəyə gəlməsi də bir o qədər önəmlidir”, — Öztarsu bildirib.

Qeyd edək ki, Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib.

C. Qurbanov bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb.

“Artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilir. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək”, — C. Qurbanov qeyd edib.

Ə. Arslan da öz növbəsində bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb: “Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq”.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Print Friendly, PDF & Email
Review overview