Home / Hadisə  / Almatıda atışma: 4 ölü, 14 yaralı – YENİLƏNİB

Almatıda atışma: 4 ölü, 14 yaralı – YENİLƏNİB

Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. Qazaxıstan mətbuatına istinadla xəbər verilir ki, hadisə nəticəsində 3 polis əməkdaşı və silahlıların ələ keçirməyə çalışdığı

Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

Qazaxıstan mətbuatına istinadla xəbər verilir ki, hadisə nəticəsində 3 polis əməkdaşı və silahlıların ələ keçirməyə çalışdığı minik avtomobilinin sürücüsü həlak olub. Silahlı qarşıdurma nəticəsində 14 nəfərin yaralandığı bildirilir.

 

12:24

 

İyulun 18-də Almaatı şəhərində ən yüksək – qırmızı terror təhlükəsi səviyyəsi elan edilib. Bu barədə şəhərin Daxili İşlər Departamentindən bildiriblər.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, Almatı şəhərində baş verən atışma nəticəsində ən azı 2 polis əməkdaşı həlak olub, 7 polis isə reanimasiyaya yerləşdirilib. Təcili tibbi yardım xəstəxanası silahlı mühafizə altına alınıb. Dinc əhali arasında ölən və ya yaralanan yoxdur.

Şəhərdə keçirilən antiterror əməliyyatı çərçivəsində “Almatı-1” dəmiryol vağzalı mühafizə altına götürülüb. Qazaxıstan KİV-nin məlumatına əsasən, polisin vağzalı mühasirəyə almasına binaya partladıcı qurğunun yerləşdirilməsi barədə informasiya səbəb olub.

Bir qədər əvvəl KİV-lər Qazaxıstan daxili İşlər Nazirliyinin Almatı şəhərinin Almalı rayon şöbəsi yaxınlığında baş verən atışma nəticəsində 2 polis əməkdaşının həlak olduğunu yazıb. Mənbənin məlumatına əsasən, hücum edən şəxslərdən bir nəfər saxlanılıb.

Print Friendly, PDF & Email
Review overview