Home / Siyasət  / ABŞ-ın Güləni qaytarmaq üçün Türkiyəyə şərti

ABŞ-ın Güləni qaytarmaq üçün Türkiyəyə şərti

ABŞ Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasi ilə bağlı açıqlama verib. Lüksemburqda səfərdə olan dövlət katibi Con Kerri deyib ki, Türkiyədən onun ekstradisiyası barədə rəsmi istək gəlməyib. "Amma bizə Türkiyədən rəsmi tələb bildirilərsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır.

ABŞ Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasi ilə bağlı açıqlama verib.

Lüksemburqda səfərdə olan dövlət katibi Con Kerri deyib ki, Türkiyədən onun ekstradisiyası barədə rəsmi istək gəlməyib.

“Amma bizə Türkiyədən rəsmi tələb bildirilərsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim  Türkiyə hökumətindən istəyimiz  dəlillərdir. ABŞ-a ekstradisiyanı şərtləndirəcək dəlillərin bizə verilməsi vacibdir”.

Kerri deyib ki, Türkiyə hökuməti artıq söz edilən sənədləri hazırlayıb və qısa bir müddət ərzində ABŞ-ın aidiyyəti qurumlarına təqdim edəcək.

Con Kerri-ABŞ dövlət katibi

Con Kerri – ABŞ-ın dövlət katibi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhdin konkret olaraq Fətullah Gülən və ona yaxın dairələr tərəfindən təşkil edildiyini bəyan edib. O, ABŞ rəhbərliyinə müraciət edərək Gülənin Türkiyəyə ekstradisiyasını tələb edib.

Review overview