Home / Hadisə  / Türkiyədə çevriliş cəhdində həlak olanların dəfn mərasimi keçirilib

Türkiyədə çevriliş cəhdində həlak olanların dəfn mərasimi keçirilib

Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində həlak olanlar son mənzilə yola salınıb. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub. İstanbuldakı Fatih məscidində 7 şəhidin

Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində həlak olanlar son mənzilə yola salınıb.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub.

İstanbuldakı Fatih məscidində 7 şəhidin cənazə namazı qılınıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu cənazə namazının qılınmasında iştirak ediblər.

Şəhidlərin son mənzilə yola salınması mərasimi Ankarada və digər şəhərlərdə də təşkil edilib.

Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılıb.

Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunub.

Print Friendly, PDF & Email
Review overview