Home / Hadisə  / Yunanıstanın xarici işlər naziri söz verdi – 8 qiyamçı qaytarılacaq – YENİLƏNİB

Yunanıstanın xarici işlər naziri söz verdi – 8 qiyamçı qaytarılacaq – YENİLƏNİB

Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək.   Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.   O bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçiasla telefonla danışıb: "O, Yunanıstana

Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək.

 

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

 

O bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçiasla telefonla danışıb: “O, Yunanıstana qaçan 8 xainin tezliklə Türkiyəyə təhvil veriləcəyini söylədi”.

 

15:26

 

Türkiyənin istəyi ilə əlaqədar Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 8 qiyamçının geri qaytarılması planlaşdırılır.

 

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

 

Onlar da təsdiqləyir ki, həmin ölkədə içərisində türk hərbçiləri olan vertolyot eniş edib.

Əsgərlər Türkiyədəki hərbi çevrilişə cəhdlə birbaşa əlaqəli ola biləcək şəxslərdir.

Sözügedən hərbçilər artıq Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər.

 

14:16

 

Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.

“Hürriyet”ə istinadən verilən xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. “Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik”, – deyə o, özünün “Twitter” səhifəsində yazıb.

Review overview