Home / Hadisə  / Türkiyədə hərbi çevrilişə cəhd: Ərdoğan İstanbul havalimanına gedir

Türkiyədə hərbi çevrilişə cəhd: Ərdoğan İstanbul havalimanına gedir

Türkiyə Prezidenti Ərdoğan Ankaraya getmək üçün İstanbul havalimanına yola düşür. Bu haqda məlumat Türkiyə mediasında yayılıb. Məlumata görə, bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Ərdoğan son anda CNN Türk-ə mobil telefonla canlı olaraq deyib ki, əhali

Türkiyə Prezidenti Ərdoğan Ankaraya getmək üçün İstanbul havalimanına yola düşür.

Bu haqda məlumat Türkiyə mediasında yayılıb. Məlumata görə, bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib.

Ərdoğan son anda CNN Türk-ə mobil telefonla canlı olaraq deyib ki, əhali küçələrə, havalimanına toplaşmalı və bu cəhdin qarşısı alınmalıdır: “Həmin an görəcəyik, onlar əhaliyə qarşı necə hərəkət edəcəklər. Baş qərargah rəisi ilə bağlı xəbərləri eşitdim, bu cür vəziyyətlərdə hava bulanıq olur, amma bunu edənlər məhkəmə qarşısında cavab verəcəklər. Mən də millətimə çağırış edirəm. meydanlara gəlin və bunlara lazım olan cavabı verək. Tarix boyunca belə şəxslər müvəffəqiyyətli ola bilməmişlər, yenə də ola bilməyəcəklər.”

Review overview