Home / Hadisə  / Türkiyədə daha bir general saxlanıldı

Türkiyədə daha bir general saxlanıldı

İstanbulda hərbi çevrilişə cəhdə görə aparılan xüsusi əməliyyat çərçivəsində 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız saxlanılıb. Вu barədə Haber 7-yə istinadən məlumat verilir. Bundan əvvəl Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının

İstanbulda hərbi çevrilişə cəhdə görə aparılan xüsusi əməliyyat çərçivəsində 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız saxlanılıb.

Вu barədə Haber 7-yə istinadən məlumat verilir.

Bundan əvvəl Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Denizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Review overview