Home / Siyasət  / Türkiyə Parlamenti növbədənkənar iclas keçirəcək – Saat 15.00-da

Türkiyə Parlamenti növbədənkənar iclas keçirəcək – Saat 15.00-da

Bu gün saat 15:00-da Türkiyədə hakimiyyətin silahlı yolla devrilməsinə cəhdlə bağlı Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclası keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Parlamentin spikeri İsmayıl Qəhrəman məlumat verib. “Biz saat 15:00-da növbədənkənar toplantı keçirəcəyik. Deputatlar tərəfindən baş

Bu gün saat 15:00-da Türkiyədə hakimiyyətin silahlı yolla devrilməsinə cəhdlə bağlı Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclası keçiriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Parlamentin spikeri İsmayıl Qəhrəman məlumat verib.

“Biz saat 15:00-da növbədənkənar toplantı keçirəcəyik. Deputatlar tərəfindən baş verənlərlə bağlı bəyannamə layihəsi hazırlanır”, – deyə Ankarada jurnalistlərə açıqlamasında Qəhrəman bildirib.

Məlumata görə, Böyük Millət Məclisinin binası qiyamçılar tərəfindən aviazərbələr nəticəsində yararsız hala salınıb. Bəzi mərtəbələrdə örtük şüşələri sındırılıb, divarlar uçurulub. Bununla bağlı Türkiyənin NTV kanalı kadrlar yayımlayıb.

Print Friendly, PDF & Email
Review overview