Siyahı hazırlanarkən şəhərlərdə üç ulduzlu oteldə həftəsonu ikinəfərlik otağın qiyməti, iki nəfərlik naharın qiyməti, hava limanından transferin dəyəri və digər meyarlar nəzərə alınıb. Reytinqdə turistlər arasında ən məşhur 35 şəhər yer alıb.

Müəlliflərin hesablamalarına əsasən, Varşavada iki nəfərin həftəsonu istirahəti 131 funt sterlinqə və ya 270 AZN-ə başa gələcək. İkinci yerdə Krakov (Polşa) – 143 funt sterlinq və ya 294 AZN, üçüncü yerdə Vilnüs (Litva)- 145 funt sterlinq və ya 298 AZN, dördüncü yerdə Praqa (Çexiya) 150 funt sterlinq və ya 308 AZN, beşinci yerdə Afina (Yunanıstan) 159,5 funt sterlinq və ya 328 AZN, altıncı yerdə Riqa (Latviya) 162 funt sterlinq və ya 333 AZN, yeddinci yerdə Lissabon (Portuqaliya) 163 funt sterlinq və ya 335 AZN, səkkizinci yerdə Budapeşt (Macarıstan) 166 funt sterlinq və ya 341 AZN, doqquzuncu yerdə isə Moskva (Rusiya) şəhəridir 169 funt sterlinq və ya 348 AZN-dir.

Avropanın ən bahalı şəhəri Dubrovnikdir (Xorvatiya). Burada iki nəfərlik səyahətin qiyməti turistlərə 187 funt sterlinqə və ya 384 AZN-ə başa gələcək.