Home / Hadisə  / Ordu qüvvələri İstanbul və Ankarada dövlət binalarını ələ keçirib – İDDİA

Ordu qüvvələri İstanbul və Ankarada dövlət binalarını ələ keçirib – İDDİA

Türkiyədə hərbi çevriliş cəhdi davam edir. İyulun 15-i gecə saatlarında ordu qüvvələri Türkiyənin İstanbul və Ankara şəhərlərində dövlət binalarını ələ keçirib. Ordu dövlət televiziyasından hərbi çevriliş olduğunu, hökumətin vəzifədən alındığını bəyan edib. Ancaq hakimiyyət geri çəkilməyib.

Türkiyədə hərbi çevriliş cəhdi davam edir. İyulun 15-i gecə saatlarında ordu qüvvələri Türkiyənin İstanbul və Ankara şəhərlərində dövlət binalarını ələ keçirib. Ordu dövlət televiziyasından hərbi çevriliş olduğunu, hökumətin vəzifədən alındığını bəyan edib.
Ancaq hakimiyyət geri çəkilməyib. Prezident Rəcəb Tayyib Ərdoğan telekanallarda canlı yayıma çıxaraq xalqı meydanlara çağırıb. Prezident hazırda İstanbulda olduğunu bildirib.
Qeyd edək ki, hakimiyyət rəhbərlərinin xalqı küçələrə çağırmasından sonra Ankara və İstanbulda insanlar az da olsa küçələrə çıxmağa başlayıb.
Ankarada isə şiddətli atışma səsləri gəlməkdə davam edir. Gecə saatlarında zəif olaraq gələn atışma səsləri, gecə yarıdan sonra şiddətlənib. Havada gəzən hərbi helikopterlər prezident sarayına enməyə çalışıb. Bundan başqa gələn bilgilərə görə, helikopterlər polis xüsusi təyinatlı mərkəzini və Mili Kəşfiyyat İdarəsinin binasını atəşə tutub. Bu dəqiqələrdə də ağır silahların (22 millimetrlik toplar) istifadə olunduğu bildirilən şiddətli atışma səsləri gəlməkdədir.
Əhali isə yavaş-yavaş küçələrə çıxmağa çalışır, küçələrdə maşınlar və davamlı siqnallar verərək kütləvi hərəkətlilik başlatdılar. (musavat.com)
Print Friendly, PDF & Email
POST TAGS:
Review overview