Home / Hadisə  / 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəkli yayıldı

84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəkli yayıldı

Nitsada 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti bəlli olub. sozcu.com.tr-yə istinadən verilən məlumata görə, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bouhlelin həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi deyilir. BFM televiziyası polisdəki qaynaqlara istinadən 31 yaşlı Bouhlelin 3

Nitsada 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti bəlli olub.

sozcu.com.tr-yə istinadən verilən məlumata görə, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bouhlelin həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi deyilir.

BFM televiziyası polisdəki qaynaqlara istinadən 31 yaşlı Bouhlelin 3 uşaq atası olduğunu qeyd edib. Kanal həmçinin onun evində aparılan araşdırmanın başa çatdığını, silah və partlayıcı tapılmadığını bildirib.

“Reuters”in xəbərinə görə, Tunisin Msaken şəhərindən gələn Bouhlel Nitsanı sonuncu dəfə 4 il əvvəl ziyarət edib.

Tunis kəşfiyyatı onun radikal qruplarla əlaqəsi barədə bilgiyə malik deyil.

84 nəfərin qatilinin boşandığı həyat yoldaşı da polis tərəfindən gözaltına alınıb.

Review overview