Home / Siyasət  / Ərdoğan İstanbuldan Ankaraya yola düşdü

Ərdoğan İstanbuldan Ankaraya yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulu tərk edərək Ankaraya yola düşür. Bu barədə "HaberTürk" televiziyasına istinadən məlumat verilir. Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulu tərk edərək Ankaraya yola düşür.

Bu barədə “HaberTürk” televiziyasına istinadən məlumat verilir.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Review overview