Home / Hadisə  / Ərdoğan canlı yayımda çıxış edib

Ərdoğan canlı yayımda çıxış edib

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdaşlarına canlı yayımda müraciət edib. Türkiyə dövlətinin başçısı ölkədə uğursuz dövlət çevrilişindən sonra ABŞ-a səslənib. O, Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Amerikaya

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdaşlarına canlı yayımda müraciət edib.

Türkiyə dövlətinin başçısı ölkədə uğursuz dövlət çevrilişindən sonra ABŞ-a səslənib. O, Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Amerikaya səslənirəm. Cənab Prezidentə səslənirəm. Bu çevrilişdən sonra Pensilvaniyadakı o şəxsi Türkiyəyə təslim edin”.

Türkiyə Prezidenti hazırda vəziyyətin nəzarətdə olduğunu qeyd edib. O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevrilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu vurğulayıb.

Print Friendly, PDF & Email
Review overview