Home / İdman  / Avropa Liqası: “Qəbələ” səfərdə qalib gəldi

Avropa Liqası: “Qəbələ” səfərdə qalib gəldi

İyulun 14-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu ilk oyununu keçirib. Komandamız Macarıstanın Qyor şəhərindəki "Qyirmoti" stadionunda yerli MTK klubu ilə qarşılaşıb. İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü

İyulun 14-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” klubu ilk oyununu keçirib.

Komandamız Macarıstanın Qyor şəhərindəki “Qyirmoti” stadionunda yerli MTK klubu ilə qarşılaşıb.

İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Komandaların səylərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib.

İkinci hissəyə daha fəal başlayan “Qəbələ” matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Özobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb.

Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” turnirin birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu yarışdan kənarlaşdırıb.


İyulun 14-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Gəncənin “Kəpəz” klubu səfərdə Avstriyanın Mödlinq şəhərini təmsil edən “Admira Vaker” klubu ilə qarşılaşıb.

Sankt Pölten şəhərində yerləşən “NV Arena” stadionunda keçirilən oyunun ilk hissəsində ev sahibləri hesabda irəli çıxıblar. Hücumçu Dominik Ştarkl 41-ci dəqiqədə başla vurduğu zərbə ilə hesabı açıb.

Şahin Diniyevin yetirmələri oyunun ikinci hissəsində ev sahiblərinin qapısına qol vura bilməyib və hesab dəyişməz qalıb: 1:0.

Oyunu Pavlo Radovanoviçin rəhbərliyi ilə monteneqrolu hakimlər heyəti idarə edib.

“Kəpəz” və “Admira” arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.


İyulun 14-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyununda Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.

“8-ci kilometr” qəsəbə stadionunda oynanılan matçı Sergey Sinkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edib.

Oyunun qarşılıqlı hücumlar şəraitində keçən birinci hissənin əvvəlində rəqib komandanın ilk təhlükəli zərbəsi dirəyə dəyib. Buna cavab olaraq, görüşün 13-cü dəqiqəsində paytaxt təmsilçisi əks-hücum nəticəsində təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. İlk hissədə əks-hücum taktikasına üstünlük verən “Neftçi” fərqlənmək üçün daha bir əlverişli imkan əldə edib. Lakin Araz Abdullayevin zərbəsi qapıdan bir qədər aralı keçıb. Matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb – 0:0.

İkinci hissənin ilk dəqiqələrindən etibarən Vəli Qasımovun komandası oyunda təşəbbüsü tamamilə ələ alıb. Paytaxt təmsilçisi bir-birinin ardınca rəqib qapısı qarşısında təhlükəli hücumlar yaradıb. “Şkendiya” komandası isə İbraiminin və Radeskinin zərbələri ilə fərqlənmək imkanı əldə edib. Komandaların cəhdlərinə baxmayaraq, qapılara top vurulmayıb və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Komandalar arasında cavab matçı iyulun 21-də keçiriləcək.

Print Friendly, PDF & Email
Review overview