Home / Siyasət  / Türk əsilli diplomat Böyük Britaniyanın xarici işlər naziri təyin edilib

Türk əsilli diplomat Böyük Britaniyanın xarici işlər naziri təyin edilib

Bu dəqiqələrdə Qərb mətbuatının verdiyi məlumata əsasən, Londonun keçmiş meri Boris Conson Böyük Britaniyanın xarici işlər naziri təyin edilib. ASSA Virtualaz.org-a istinadən xəbər verir ki, Boris Consonun ata tərəfdən ulu babası Əli Kamal Əhməd Teflik Paşanın

Bu dəqiqələrdə Qərb mətbuatının verdiyi məlumata əsasən, Londonun keçmiş meri Boris Conson Böyük Britaniyanın xarici işlər naziri təyin edilib.

ASSA Virtualaz.org-a istinadən xəbər verir ki, Boris Consonun ata tərəfdən ulu babası Əli Kamal Əhməd Teflik Paşanın hökumətində daxili işlər naziri vəzifəsində çalışıb.

Yeni nazirin yenə də ata tərəfdən ulu nənəsi isə Qafqaz müharibəsindən qaçaraq Türkiyədə sığınacaq tapmış çərkəs əsilli Hənifə Fereddir.

Boris Consonun babası Osman Əli 1920-ci illərdə Böyük Britaniyaya köçüb və adını dəyişdirərək Uilfred Conson olub.

Boris Conson siyasətçi və jurnalistdir, 2008-2016-cı illərdə Londonun meri olub, hazırda Britaniya parlamentinin İcmalar Palatasının Mühafizəkarlar Partiyasından deputatıdır.

Print Friendly, PDF & Email
Review overview