İyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir. Avtobus reysləri Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutur. Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcəkdir. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər.

Xatırladaq ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 AZN təşkil edir.