Home / Hadisə  / “5 milyon dollarlıq” Ömər Şişani öldürülüb – İŞİD təsdiqlədi

“5 milyon dollarlıq” Ömər Şişani öldürülüb – İŞİD təsdiqlədi

İŞİD terror təşkilatı ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib.   BBC-yə istinadən verilən xəbərə görə, bu barədə terror təşkilatının orqanı sayılan “Amag” agentliyi məlumat yayıb. Şişaninin İraqın Mosul

İŞİD terror təşkilatı ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib.

 

BBC-yə istinadən verilən xəbərə görə, bu barədə terror təşkilatının orqanı sayılan “Amag” agentliyi məlumat yayıb. Şişaninin İraqın Mosul vilayətinin cənubunda atışma zamanı məhv edildiyi bildirilir. Pentaqon daha əvvəl bir neçə dəfə 30 yaşlı terrorçunun öldürüldüyünü açıqlasa da, İŞİD bu məlumatları təkzib edib.

 

İŞİD-in “müharibə naziri” sayılan Şişani Gürcüstanda anadan olub. Çeçenistanda Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi üçün ona “Çeçen Ömər” ləqəbi verilib. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.

Review overview