Home / İdman  / Yay Olimpiya Oyunları təxirə düşəcək? – Böhrana görə

Yay Olimpiya Oyunları təxirə düşəcək? – Böhrana görə

Braziliya Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyro şəhərinin yarışa tam hazır olmadığını açıqlayıb. Yarışın startına bir aydan az qalsa da, bir sıra işlər yekunlaşmayıb. İqtisadi böhran şəhərin istənilən şəkildə təşkilatçılıq etməsinə mane olub. Rionun büdcəsində

Braziliya Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyro şəhərinin yarışa tam hazır olmadığını açıqlayıb.

Yarışın startına bir aydan az qalsa da, bir sıra işlər yekunlaşmayıb. İqtisadi böhran şəhərin istənilən şəkildə təşkilatçılıq etməsinə mane olub.

Rionun büdcəsində şəhərdəki Zika virusu və cinayətkarlıqla effektli mübarizə üçün yetərincə vəsait də yoxdur. Metronun mərkəzi xəttinin də Olimpiadaya qədər hazır olacağı gözlənilmir.

Qeyd edək ki, “Rio-2016” 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yay Olimpiya Oyunlarının rəsmi mahnısı

Amerika Birləşmiş Ştatlarında 300-ə yaxın hamilə qadında Zika virusu aşkarlanıb.  Son statistika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmaları əsasında hazırlanıb. Bu vaxta qədər qurum analizin nəticələri müsbət gəlmiş hamilə qadınların sayını gizli saxlayırdı.

Statistikada ABŞ-ın ştatlarından  savayı materikdən kənarda olan əraziləri də nəzərə alınıb. Ştatlarda 157, kənar ərazilərdə, o cümlədən Puerto Riko, Quam və s. ərazilərdə ümumən 122 qadında  zika virusu aşkarlanıb.

Review overview