Home / Cəmiyyət  / Keçmiş icra başçısına istədiyi vəzifəni vermədilər

Keçmiş icra başçısına istədiyi vəzifəni vermədilər

Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub. O, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib. M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq. Qeyd edək ki, işdən çıxarılan gün onun kənd təsərrüfatı

Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub.

O, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib.

M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, işdən çıxarılan gün onun kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin ediləcəyi yazılmışdı. Hətta, Göyçay rayon İcra Hakimiyyətinin mətbuat katibi Arif Yusifov iyun ayının 10-da bu faktı AzNews.az-a təsdiqləmişdi: “Sərəncam yaxın saatlarda veriləcək. O, Kənd Təsərrüfatı Naziri Heydər Əsədova müavin təyin edilib”.

M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Print Friendly, PDF & Email
Review overview