Home / Ədəbiyyat  / İbrahim Rüstəmli: Nə var mənim sahilimdə, çürük qayıqlardan başqa…

İbrahim Rüstəmli: Nə var mənim sahilimdə, çürük qayıqlardan başqa…

Nə var mənim sahilimdə

Nə var mənim sahilimdə…

Şeir

Göz yaşlarım –
damcı-damcı, badam-badam…
Şəhid olmuş arzularım –
körpə-körpə, adam-adam…

Qəlpələndim sahilimdə
ləpə-ləpə,
addım-addım, ləpir-ləpir,
qəlpələndim
kəlmə-kəlmə, sətir-sətir…
Mənə bir az təsəlli ver,
mənə bir az ömür gətir,
ağ qağayı qanadında
torpağıma səpmək üçün.
Bir də dodaqların olsun,
xəyalımı öpmək üçün…

Nə var mənim sahilimdə…
Bəndəmi var, günahmı var…
Nə var mənim sahilimdə…
Qibləmi var, Allahmı var…

Nə var mənim sahilimdə
Öz tabutuna çevrilən
çürük qayıqlardan başqa…
ölü balıqlardan başqa…

İbrahim RÜSTƏMLİ

Print Friendly, PDF & Email
Review overview