Home / İdman  / “Barselona” Avropa çempionatının finalçısını transfer etdi

“Barselona” Avropa çempionatının finalçısını transfer etdi

"Barselona" Fransa millisinin müdafiəçisini transfer etdi. ANS PRESS-in məlumatına görə, "Lyon"un futbolçusu  Samuel Umititinin "Barselona"ya keçidi rəsmiləşib. Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib. Fransalı müdafiəçi

“Barselona” Fransa millisinin müdafiəçisini transfer etdi. ANS PRESS-in məlumatına görə, “Lyon”un futbolçusu  Samuel Umititinin “Barselona”ya keçidi rəsmiləşib.

Katalon klubu 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzaladığını elan edib. Transfer katalonlara 25 milyon avroya başa gəlib.

Fransalı müdafiəçi üçün buraxılış qiyməti 60 milyon avrodur. Umititi iyulun 14-də Kataloniyaya gələcək. Bir gün sonra onun təqdimatı keçiriləcək.

Посмотреть изображение в Твиттере

Samuel Umititi Fransa yığması ilə Avropa çempionatının finalçısı olub. Yığma komanda həlledici görüşdə Portuqaliya (1:0) yığmasına məğlub olub.

Review overview