Home / Cəmiyyət  / Arif Alışanov  işdən çıxarılacaq – İDDİA

Arif Alışanov  işdən çıxarılacaq – İDDİA

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, Arif Alışanov avqust ayında işdən çıxarılacaq. Bu iddia ilə AzTV əməkdaşlarından biri çıxış edib. Onun sözlərinə görə, artıq bu haqda televiziyada gizli söhbətlər gedir. Hətta, yeni

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri, Arif Alışanov avqust ayında işdən çıxarılacaq.

Bu iddia ilə AzTV əməkdaşlarından biri çıxış edib. Onun sözlərinə görə, artıq bu haqda televiziyada gizli söhbətlər gedir. Hətta, yeni sədrin kimliyi haqda da məlumatlar dolaşır.

Adını açıqlamayan mənbə iddia edir ki, 10 ildir sədr kreslosunda oturmuş A.Alışanovun yuxarı dairələrdə nüfuzu xeyli zəifləyib. Və bu amil də onun işdən kənarlaşdırılması ilə nəticələnəcək.

Ölkədə böyük çəkiyə malik olan bir şirkətin sahibi də son günlər AzTV-nin əməkdaşı ilə söhbətində Arif Alışanovun işdən gedəcəyini açıqlayıb.

Deməli, bu məsələ, heç də sarı mətbuatın “məhsulu” deyil. Artıq onun adı işdən çıxarılanların siyahısına salınıb və sadəcə sərəncamın nə vaxt veriləcəyi böyük maraq doğurur.

Ancaq digər mənbə isə Arif Alışanovun noyabr ayının 6-dan sonra çıxarılaçağını deyir. Qeyd edək ki, bu il  noyabrın 6-da Azərbaycan radiosunun yayıma başlamasının 90 illiyi qeyd ediləcək. Görünür, həmin bayramı sonuncu dəfə A.Alışanovla birgə qeyd etmək istəyirlər. Və ona bu tədbirə hazırlaşmaq üçün 5 ay vaxt veriblər.

A.Alışanova yaxın mənbə isə sonuncu ehtimalı inkar edir. Onun iddiasına görə, sədr avqust ayında öz kreslosunu tərk edəcək.

Xatırladaq ki, əvvəlki sədr Nizami Xudiyev də AzTV-yə 10 il rəhbərlik etmişdi. Onun işdən kənarlaşdırılmasında da indiki sədrin “fəaliyyəti” danılmazdır. Ölkə mediasında bu haqda saysız-hesabsız məqalələr dərc edilib, sənədlər yayılıb.

A.Alışanovun AzTV-dəki 10 illik “fəaliyyəti” də tez-tez internet resurslarının manşetlərində yer alır və kəskin tənqid edilir. Tənqidlərin əsas faktoru isə insan amilidir. A.Alışanov 2006-cı ilin avqustunda sədr təyin ediləndən az sonra xeyli sayda peşəkar jurnalistləri, operator və rejissorları işdən çıxarıb.

Bu “təmizləmə” olayı bu günün özündə də davam edir. Artıq son 10 günün içində AzTV-dən 14 nəfər işdən çıxarılıb. Videotekada çalışan bir qadın əməkdaş isə sədrin “işdən çıxarılma” qərarına etiraz edib və qarşısındakı printeri pəncərədən bayıra atıb.

Bu haqda yaxınlıqda yerləşən polis idarəsinə məlumat verilib. Polis xanım əməkdaşın qolunu qandallayaraq AzTV-nin həyətindən bayıra çıxarıb və printerə görə ona 2 min manat cərimə kəsilib.

Bu media qurumunun daxilində baş verən olaylar haqda portalımıza ilginc materiallar daxil olub. Yaxın zamanlarda onların yayımına başlayacağıq.

Xatırladaq ki, yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. İnanırıq ki, onlar bu iddialara soyuqqanlı yanaşacaq və sivil qaydada münasibət bildirəcək.

Onsuz da hamı bilir ki, Arif Alışanovun məşhur telejurnalist Qulu Məhərrəmlini məhkəməyə verməsi hadisəsi yuxarı dairələrdə pis qarşılanıb və bu faktın özü onun işdən çıxarılmasını sürətləndirib.

Sonda daha bir maraqlı məqamı oxucuların diqqətinə çatdırmaq istəyirik. 10 il AzTV kimi böyük bir media qurumuna rəhbərlik edən, 5 il Milli Məclisin iclaslarında iştirak edən bir məmurun Google-də cəmi cümlətanı 2 şəkili var. O şəkillərdən biri AzTV-nin saytı üçün çəkilib. Digər şəkildə isə Arif Alışanov kiməsə planşet uzadır. Göründüyü kimi, bu şəkil gizlicə çəkilərək internetə qoyulub.

Özünü jurnalist, veriliş və filmlərin ideya müəllifi kimi “tanıtdıran”, deputat kimi tarixə “yazdıran” bir şəxsin əcəba niyə şəkili yoxdur?

Bunun cavabı isə çox sadədir. İnsanların şəkilləri internetdə o vaxt yayılır ki, onlar kiməsə müsahibə verir və bu zaman fotoqraf tarixi anları lentə köçürür. Görünür, Arif Alışanov nə AzTV-də çalışdığı dövrdə, nə də ki, Milli Məclisə gedib gəldiyi vaxtlarda bir kəlmə belə danışmayıb. Danışsaydı, açıqlama versəydi, münasibət bildirsəydi, fotoqraf onun da şəkilini çəkərdi.

2 şəkili ilə 10 il medianın gündəmində olan bu şəxsə gələcək işlərində uğurlar diləyir və sağlam olmağı arzulayırıq.

Sağlamlıq isə hər şeydən üstündür. Bunun vacibliyini yəqin Arif Alışanov yaxşı bilir.

Xeberlenti.com (http://xeberlenti.com/?p=21242)

Review overview