Home / Siyasət  / Lavrov Qarabağa görə görüşə başladı – Bakıda (YENİLƏNİR)

Lavrov Qarabağa görə görüşə başladı – Bakıda (YENİLƏNİR)

10:46 / "Azərbaycan Rusiya-Türkiyə yaxınlaşmasını alqışlayır" Azərbaycan və Rusiya XİN rəhbərləri arasında keçirilən görüşdə Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması da müzakirə mövzusu olub. "Azərbaycan münasibətlərin istiləşməsi istiqamətində atılan addımları alqışlayır. Bu yaxınlaşma regiona da müsbət təsirini

10:46 / “Azərbaycan Rusiya-Türkiyə yaxınlaşmasını alqışlayır”

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında keçirilən görüşdə Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması da müzakirə mövzusu olub.

“Azərbaycan münasibətlərin istiləşməsi istiqamətində atılan addımları alqışlayır. Bu yaxınlaşma regiona da müsbət təsirini göstərəcək”, deyə Elmar Məmmədyarov bildirib.

Lavrov da öz növbəsində bunu təsdiqləyib. O deyib ki, yaxınlaşma Rəcəb Tayyib Ərdoğanın məktubundan sonra başlayıb. “Bu müsbət yaxınlaşma Suriya münaqişəsinə də müsbət təsir göstərə bilər”.

XİN rəsmisi deyib ki, ABŞ dövlət katibi Con Kerri Moskvaya gələcək və səfər zamanı Suriya münaqişəsi də müzakirə olunacaq. “Əsas məsələ atəşkəs rejiminin saxlanılmasıdır”.

XİN rəhbəri Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən förüşü barədə də məlumat verib. O deyib ki, görüşün tarixi barədə qərar avqust ayında veriləcək.

10:38 / Nazir: “İntensiv dialoq mərhələsindəyik”

“Müzakirələr konkret mövzular ətrafında aparılıb. Əldə olunan razılaşmalara əsasən intensiv dialoq mərhələsindəyik”.

ANS PRESS-in məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş barədə danışan azərbaycanlı nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Minsk qrupunun həmsədrləri də bu məsələdə fəal iştirak edirlər. “Prezident İlham Əliyev də ABŞ dövlət katibi ilə də görüş keçirib. Razılaşdırılmayan məsələlərin həlli üçün işlər aparılır”.

Rusiya XİN başçısı S.Lavrov da deyib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda əldə olunan razılaşmalarının irəli aparılması üçün əhəmiyyətlidir. “Biz bir daha əmin olduq ki, qonşuluq və ikitərəfli mübasibətlərin inkişafi ilə bağlı münasibətlər qurulub”.

10:31 / Lavrov Məmmədyarov görüşü başladı

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, o cümlədən iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

Görüşdən öncə onlar arasında onlar arasında isti salamlaşma olub. Məmmədyarov səfərə görə bir daha həmkarına təşəkkür edib.

S. Lavrov dünən Azərbaycana işgüzar səfərə gəlib. Ötən gün Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşü olub.

Print Friendly, PDF & Email
Review overview