Home / Cəmiyyət  / Keçmiş deputata ölkədən çıxmağa icazə verildi

Keçmiş deputata ölkədən çıxmağa icazə verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə qərar elan olunub. Qərara əsasən, G. Əhmədovanın şikayəti qismət təmin olunaraq, onun ölkədən 3 aylıq çıxmasına icazə verilib.   G. Əhmədova məhkəmədən

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə qərar elan olunub. Qərara əsasən, G. Əhmədovanın şikayəti qismət təmin olunaraq, onun ölkədən 3 aylıq çıxmasına icazə verilib.

 

G. Əhmədova məhkəmədən sonra jurnalistlərə bildirib ki, qərar onu tam qane etmir: “Çünki 3 ay müddətində viza almaq da çətindir. İnanmıram ki, bu müddət mənə kifayət edəcək. Buna baxmayaraq, yaranmış şansı dəyərləndirəcəyəm. Çünki səhhətimdə ciddi problemlər var”.

 

Qeyd edək ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin 8 aylıq götürülməsi barədə məhkəməyə vəsatət verib. Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan G. Əhmədova  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verib və o, azadlığa buraxılıb. (APA)

Print Friendly, PDF & Email
Review overview