Avtomobil bizi Dalaman aeroportundan hamar yolla aparır. Sevinc hissi keçirirəm, qarşıda isə ən maraqlı şeylər bizi gözləyir.

Göcek
20 dəqiqə sonra biz təyinat nöqtəsinə çatırıq. Mənzərəli buxtaları olan böyük və kiçik adalar Fethiye körfəzini bəzəyir. Adalar arasında çoxsaylı bəyaz yaxtalar hərəkət edir.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Kimin ağlına gələrdi ki, sakit limanda gizlənən kiçik Göcek şəhəri beynəlxalq yaxtinq-mərkəzidir. Bura bütün dünyadan yaxtaçılar və dəniz gəzintiləri həvəskarlarının toplaşdığı yerdir. Şəhərdə göydələnlər yoxdur və ola da bilməz, çünki onların tikintisi qanunla qadağandır. Qaldığımız “D-Resort Gocek” oteli mansardalı ikimərtəbəli binalardan ibarət kompleksdir. Oteldə 103 nömrə var.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Mənim yerləşdiyim, zərif ağ-mavi tonlarda tərtib edilmiş, ağac və mərmərlə bəzədilmiş otaq burada daha çox vaxt keçirmək istəyi yaradır. Talvarlı taxt adamı uzanıb istirahət etməyə çağırır, ancaq biz istirahəti qurban verərək, sahili araşdırmağa yola düşürük.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Havada şam iynəyarpağı və likbidambar ətirləri hiss olunur. “D-Marin” yaxta marinası boyunca gəzərək, çimərliyə çatırıq.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Aralıq dənizi öz sehrli gözəlliyi ilə insanı heyran edir. Məhz burada şəffaf dalğalar üzərində Dedalın öz oğlu ilə uçduğu və bu firuzə rəngli dalğaların uçuşunun sevincindən gözləri tutulan İkarı udduğu barədə fikirlər yaranır…

Ağ qum, sərin su, qayğıkeş personal – istirahətdən sizi ancaq nahara dəvət ayıra bilər. Ağ rəngli “The Breeze” restoranı bizim yaxın günlərdə yaşayacağımız qastronomik həzlər dünyasına ilk bələdçi oldu. Personalın məsləhətinə əməl edərək dəniz məhsulları ilə hazırlanan pidenin dadına baxdım və başa düşdüm ki, yemək məsələsində sadəlik prinsipini sonraya təxirə salmaq lazımdır.

“The Breeze” günəş batandan sonra da gözəldir. Bura romantik şam yeməkləri həvəskarları üçün yaradılıb, onlar ətrafda ancaq dəniz və yaxtaların işıqlarının sayrışdığı pirsdə şam yeməyi edərkən buranı layiqincə qiymətləndirə bilərlər.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Ancaq bizi axşama sürpriz gözləyirdi. Qonşu adalara gözəl mənzərə və gün batmasından zövq aldığımız təpənin zirvəsində “Q Lounge” restoranında şam yeməyi etdik. Burada “izakay”ın ən yaxşı ənənələrində təqdim edilən nəfis yeməklərin dadına baxmaq olar.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Əlbəttə ki, dadlı şam yeməyindən sonra fitnes-kluba getmək və trenajorda idman etmək olar. Ancaq tənbəl əhval-ruhiyyə adamı daha çox “D-Spa”ya və masajçıların qayğıkeş əlləri altında rahatlanmağa çəkir.

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Çiçəklənən bağ: Türkiyəyə inanılmaz səyahət

Deyilənlərə görə, Göcek adi balıqçı kəndi idi. Dəbdəbəli körpülərə, çoxsaylı kafe və restoranlara, səliqəli küçələrə baxarkən, adamın buna inanmağı gəlmir. İndi bu prestijli istirahət məkanı cəmiyyətdə yüksək mövqeyi olan insanlar üçündür.

Ardı var…

http://www.buro247.az/lifestyle/travel/i-kl-n-n-ba-t-rkiy-y-inan-lmaz-s-yah-t.html