Home / İdman  / Eder: Ronaldo mənə dedi ki, qələbə qolunu vurmalıyam

Eder: Ronaldo mənə dedi ki, qələbə qolunu vurmalıyam

Avro-2016-nın final oyununda qalib gələn Portuqaliya yığmasının kapitanı, çempionatın ev sahiblərinə qarşı matçda zədə alan Kriştiano Ronaldo qitə yarışındakı zəfəri unudulması mümkün olmayan unikal hadisə adlandırıb. “uefa.com” saytına istinadla xəbər verilir ki, K.Ronaldo final görüşünü şərh

Avro-2016-nın final oyununda qalib gələn Portuqaliya yığmasının kapitanı, çempionatın ev sahiblərinə qarşı matçda zədə alan Kriştiano Ronaldo qitə yarışındakı zəfəri unudulması mümkün olmayan unikal hadisə adlandırıb.

“uefa.com” saytına istinadla xəbər verilir ki, K.Ronaldo final görüşünü şərh edərək deyib: “Portuqaliya xalqı, oyunçularımız bu qələbəyə layiqdir. Təəssüf ki, oyunda bəxtim gətirmədi, amma həmişə bu oyunçulara inanmışam. Onlar peşələrinin ustasıdır. Bu, mənim karyeramda ən xoşbəxt məqamlardan biridir. Həmişə demişəm ki, milli komanda ilə birgə kubok qazanmaq və tarixi yenidən yazmaq istəyirəm. Bu Avropa çempionatında bütün komanda yoldaşlarıma, məşqçimizə və onun köməkçilərinə, komandamıza minnətdaram. Portuqaliya xalqı bizi alqışlayır. Bu, unudulması mümkün olmayan unikal hadisədir”.

Yığmanın baş məşqçi Fernando Santuş qələbədə Ronaldonun böyük töhfəsi olduğunu bildirib: “O, iki dəfə meydana qayıtmağa cəhd etdi. Lakin Ronaldonun soyunma otağında, yaxud ehtiyat oyunçular skamyasında iştirakı belə əhəmiyyətli idi. Mənim kimi o da qələbəyə inanırdı”.

Qələbə qolunu vuran Antonio Eder də komandanın liderini tərifləyib: “Əlavə vaxt başlamazdan əvvəl Kriştiano Ronaldo mənə dedi ki, qələbə qolunu vurmalıyam. O mənə güc və müsbət enerji verdi”.

Review overview