Tam ötürücülü avtomobil 5,9-litrlik V8 benzin mühərriki alıb. Mühərrik 838 a.g. və 1450 Nm fırlanma anına malikdir. Beləliklə, model dünyada ən güclü və sürətli kabriolet olub. Mühərrik 7-pilləli avtomat sürət qutusu ilə təchiz edilib. Avtomobil 0-dan 100 km/saata 3,5 saniyəyə sürətlənir, maksimal sürət isə 350 km/saatdır. Yenilik 15 mm-lik klirensə, 21-düymlük təkər disklərinə və eksteryerində bir sıra yeni elementlərə malikdir.

Qeyd edək ki, Brabus bu avtomobili müştərilərə hazır variantda təqdim edir. Mercedes AMG S 63 kabrioletinin qiyməti açıqlanmır.

Brabus-dan dünyanın ən sürətli kabrioleti