Home / Səyahət  / Türkiyənin gözlədiyi təyyarə gəldi – 8 ay sonra

Türkiyənin gözlədiyi təyyarə gəldi – 8 ay sonra

Türkiyə ilə Rusiya arasında yaşanmış gərginlikdən aylar sonra növbəti bir ilk yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Antalya hava limanına 8 ay sonra ilk rus turist təyyarəsi eniş edib. Təyyarədə 189 turist

Türkiyə ilə Rusiya arasında yaşanmış gərginlikdən aylar sonra növbəti bir ilk yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Antalya hava limanına 8 ay sonra ilk rus turist təyyarəsi eniş edib. Təyyarədə 189 turist olub.

“Rossiya Airlines”in Moskva-Antalya reysi ilə uçan “B737-800” təyyarəsi səhər saatlarında turizmin ürəyi sayılan şəhərə eniş edib.

Rus turistlər üçün qarşılanma mərasimi keçirilib. Rusları qarşılayanlar arasında hava limanının mülki idarə işləri üzrə rəhbər şəxsi, Antalya valisinin köməkçisi də olub.

Hava limanının pasport nəzarəti hissəsində gül-çiçəklə qarşılanan rus turistlər üçün kokteyl olub.

Vali köməkçisi Mehmet Yavuz jurnalistlərə açıqlamasında bu reysin çarter olmadığını deyib.

Rus turistlər də iki ölkə arasında münasibətlərin düzəlməsindən razı qalıblar. Onların bəziləri illərdir ki, istirahət üçün Türkiyəni seçdiklərini, bəziləri isə bunun bir ilk olacağını deyiblər.

Rusiyalı turistlər

Türkiyə ilə Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra pisləşmişdi.

Rusiya təyyarəsini vurduğu üçün Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etmiş, bir çox sahələrdə əməkdaşlığını kəsmişdi. Rusiya vətəndaşlarına isə Türkiyəyə getməmək barədə xəbərdarlıq edilmişdi. Hətta Rusiya birtərəfli qaydada viza rejimini bərpa edib. Bu hadisə hər iki ölkəyə ciddi ziyan vurub.

Lakin ötən ay Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb və baş vermiş hadisəyə görə üzrxahlıq edib. Bundan sonra iki ölkə arasında münasibətlər isinməyə başlayıb. Hətta iki ölkə prezidenti arasında telefon danışığı baş tutub. Ərdoğan və Putin qısa zamanda görüşmk barədə razılıq əldə ediblər.

Review overview