Home / Şou-biznes  / Emin Ağalarovun Bakıya gətirdiyi məşhur heyran qaldı

Emin Ağalarovun Bakıya gətirdiyi məşhur heyran qaldı

Yay mövsümünün ən hərarətli hadisəsinə 1 gün qalıb. ANS PRESS-in məlumatına görə, “Sea Breeze”də, Xəzər dənizinin sahilində “İsti günlər” ("Jara") Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda iştirak edəcək Rusiya estradasının ulduzları artıq Bakıdadır. Məşhur ifaçılar sosial şəbəkədə Bakının

Yay mövsümünün ən hərarətli hadisəsinə 1 gün qalıb. ANS PRESS-in məlumatına görə, “Sea Breeze”də, Xəzər dənizinin sahilində “İsti günlər” (“Jara”) Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda iştirak edəcək Rusiya estradasının ulduzları artıq Bakıdadır.

Məşhur ifaçılar sosial şəbəkədə Bakının qonaqpərvərliyindən heyran olduqlarını da gizlətməyiblər. Bakıya təşrif gətirən qonaqlar milli rəqs musiqi sədaları altında, rəqqaslar tərəfindən qarşılanıblar. Bəzi ifaçılar hətta rəqqaslara qoşularaq oynamaqdan belə çəkinməyiblər.

Məşhur ifaçı Anita Tsoy İnstaqram hesabında belə yazıb: “Qonaqpərvər Bakı saat 06:00-da”. İfaçı festivalın təşkilatçısı Emin Ağalarova da təşəkkür edib.

Festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirəcək. Festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, EMIN, Aleksey Vorobyov, MBAND, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, A-DESSA, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak edəcəklər.

Спасибо за гостеприимство #азербайджан ??????? #денисклявер #жарафестиваль #баку2016

Видео опубликовано Dенис Клявер (@denisklyaver)

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Festival həm AzTV (birbaşa), həm də Rusiyanın Birinci kanalı ilə yayımlanacaq.

“İsti günlər” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

Emin Ağalarovun sözlərinə görə,  bu festival musiqi həyatında, həqiqətən, əlamətdar hadisəyə çevriləcək. “Mənə çox xoşdur ki, “İsti günlər” festivalı doğma Bakı şəhərində keçiriləcək.

Review overview