Loading

wait a moment

EURO-2016: Azarkeşlər arasında dava – Ölən var

print
AÇ-2016-nın yarımfinal mərhələsi çərçivəsində dünən baş tutan Almaniya – Fransa oyunundan (0:2) sonra bədbəxt hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, oyundan sonra Belfort şəhərində azarkeşlər arasında baş vermiş iğtişaş nəticəsində bir azarkeş dünyasını dəyişib.

Bu barədə məlumatı Fransanın BFM telekanalı yayıb.

Oyunu şəhərdə qurulmuş böyük ekrandan izləyən azarkeşlərin qarşılaşmadan sonrakı davası nəticəsində 60 yaşında bir azarkeş ağır yaralanıb. Dərhal xəstəxanaya çatdırılan tərəfdarın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəylə bağlı iki nəfər polis tərəfindən saxlanılıb.

Scroll Up