Home / Kateqoriyasız  / Ukraynada rus dilində olan küçə və prospektlərin adı dəyişdirilir

Ukraynada rus dilində olan küçə və prospektlərin adı dəyişdirilir

Ukraynada rus adları dəyişdirilərək, yerli adlarla əvəzlənib. ANS PRESS-in məlumatına görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Kiyevin Moskva prospektinin adı dəyişdirilərək Bandera adlandırılıb. "Ura! Kiyevdə Stepan Bandera (Moskva əvəzinə)

Ukraynada rus adları dəyişdirilərək, yerli adlarla əvəzlənib. ANS PRESS-in məlumatına görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Kiyevin Moskva prospektinin adı dəyişdirilərək Bandera adlandırılıb.

“Ura! Kiyevdə Stepan Bandera (Moskva əvəzinə) adlı prospekt var! 97 iştirakçıdan 87 nəfəri “lehinə” səs verib. Sağ olsun, Ukrayna!”, – deyə deputat qeyd edib.

Bundan başqa, Ukrayna küçələrində daha bir neçə adın dəyişdirilməsi nəzərdə tutulur:

  1. Bauman küçəsinə – Yanuş Korçak (Şevçenski rayonu);
  2. Kutuzov küçəsinə – General Almazov (Peçerski rayonu);
  3. Suvorov küçəsinə – Mixail Emelyanoviç-Pavlenko (Peçerski rayonu);
  4. Kutuzov döngəsinə – Yevgeni Quçalo (Peçerski rayonu).

Sirotyuk həmçinin bildirib ki, Batutin prospektinin adı da dəyişdirilərək, Şuxeviç adlandırılacaq.

Bir müddət əvvəl Kiyev şəhər dövlət administrasiyasının adlar üzrə komissiyası Moskva və Batutin prospektlərinin adlarının dəyişdiriliməsi barədə qərar verib.

Review overview