Vogue Arabia onlayn versiyası ingilis və ərəb dillərində bu ilin sentyabr ayında işə düşəcək, 2017-ci ilin yazında isə ilk çap nömrəsi işıq üzü görəcək. “Bizim üçün işə məhz saytdan başlamağın böyük mənası var. Əvvəllər həmişə ilk növbədə çap məhsullarına diqqət ayırırdıq. Bu gün isə rəqəmsal məhsul istənilən biznesin inkişa strategiyasının ən vacib hissəsidir”, – deyə Conde Nast International-ın rəhbəri Conatan Nyuhaus bildirib.

Şahzadə Dina Əbdüləziz ərəb qadınlarının dünya səhnəsində gücünü və nailiyyətlərini moda və mədəniyyət prizmasından göstərməyi planlaşdırır: “Bizim regionun təbiətcə mühafizəkar olması doğrudur, ancaq ərəb qadınları digərlərindən çox şeylə fərqlənmirlər. Onlar da özlərini güclü və gözəl hiss etmək istəyirlər”.

Gənc istedadların Yaxın Şərqdə dəstəklənməsi Vogue Arabia jurnalının əsas hədəflərindən biri olacaq, bu məqsədlə geyim və aksessuar dizaynerləri üçün hər il təqdim olunacaq DDFC/Vogue Fashion Prize mükafatı təsis olunub.

Daily Telegraph nəşrinin əməkdaşı Daniela Aqneli jurnalın moda direktoru və Style.com/Arabia-nın icraçı direktoru olaraq Dina Əbdüləzizə qoşulacaq. Katerina Minte isə mədəniyyət bölməsinin direktoru olaraq çıxış edəcək.

Dina Əbdüləziz

Dina Əbdüləziz