Home / Siyasət  / Putin Bakıya gəlir

Putin Bakıya gəlir

Avqust ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bunu Kremlin mətbuat xidmətiunin rəhbəri Dmitri Peskov deyib. O, prezidentin səfəri ilə bağlı iş aparıldığını qeyd edib. D. Peskov deyib ki, Rusiya dövlət

Avqust ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bunu Kremlin mətbuat xidmətiunin rəhbəri Dmitri Peskov deyib. O, prezidentin səfəri ilə bağlı iş aparıldığını qeyd edib.

D. Peskov deyib ki, Rusiya dövlət başçısı İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

Avqust ayında İran prezidenti Həsən Ruhaninin də Azərbaycana səfəri planlaşdırlır. Bu barədə onun ötən gün Azərbaycan prezidenti ilə telefon danışığı zamanı da xatırlanıb.

Məlumata görə, o, Bakıda həm İlham Əliyev, həm də Vladimir Putin ilə görüş keçirəcək. Prezidentlərin üçtərəfli görüşünün də keçirilməsi nəzərdə tutulub.

Vladimir Putin və Həsən Ruhani

Vladimir Putin və Həsən Ruhani

İran və Azərbaycan prezidentləri arasında görüş sonuncu dəfə aprelin 14-də İstanbulda keçirilib. İlham Əliyev və Həsən Ruhani arasında təkbətək görüş təxminən yarım saat davam edib.

Fevralın 23-də dövlət başçıları Tehranda görüşüblər.

POST TAGS:
Review overview