Home / İdman  / EURO-2016: Bu gün ilk yarımfinal olacaq – Ronaldo–Qaret Beyl dueli

EURO-2016: Bu gün ilk yarımfinal olacaq – Ronaldo–Qaret Beyl dueli

Bu gün futbol üzrə Avropa çempionatında ilk yarımfinal matçı oynanılacaq. Finala gedən yolda Portuqaliya ilə Uels milliləri üz-üzə gələcəklər. Bu görüş, bir növ Kriştiano Ronaldo – Qaret Beyl dueli kimi də qələmə verilir. Madridin “Real” klubunda

Bu gün futbol üzrə Avropa çempionatında ilk yarımfinal matçı oynanılacaq.

Finala gedən yolda Portuqaliya ilə Uels milliləri üz-üzə gələcəklər. Bu görüş, bir növ Kriştiano Ronaldo – Qaret Beyl dueli kimi də qələmə verilir. Madridin “Real” klubunda çıxış edən ulduz futbolçuların oyunundan çox şey asılı olacaq. Xüsusən də Beylin üzərinə daha çox yük düşəcək. Çünki “əjdahalar”ın əsas heyətinin üzvlərindən ikisi – Aron Remsi və Ben Deyvis cəza səbəbindən meydana çıxa bilməyəcək. Buna baxmayaraq, turnirin sürpriz komandası olan Kris Koulmenin yetirmələri Belçikadan sonra Portuqaliyanı da mübarizədən kənarlaşdırmaqda israrlıdılar.

Yarımfinala qədər hələ heç bir qarşılaşmanı əsas vaxtda qalib tamamlaya bilməyən portuqaliyalılar da final həsrətindədirlər. Komandanın aparıcı müdafiəçisi Pepenin məşqdə zədələnməsi baş məşqçi Fernando Santosun planlarını pozub. Bununla yanaşı, yarımmüdafiəçi Vilyam Karvalyo da cəzalı olduğu üçün heyətdə yer almayacaq.

Xatırladaq ki, ikinci yarımfinal oyununda Almaniya və Fransa komandaları qarşılaşacaqlar. İyulun 7-də keçiriləcək bu matç mütəxəssislər tərəfindən ilkin final kimi dəyərləndirilir.

Print Friendly, PDF & Email
Review overview