Home / Cəmiyyət  / Allahşükür əfəndi öz müqəddəsliyini sübut etməyə çalışır – NİYƏ?

Allahşükür əfəndi öz müqəddəsliyini sübut etməyə çalışır – NİYƏ?

Dünyanın harasında müsəlman varsa, orada haçansa terror törədilməyəcəyinə, günahsız insanların qanının su kimi axıdılmayacağına təminat yoxdur. Müsəlmanların müqəddəs ayı hesab edilən Ramazan ayında da terrorlara ara verilmədi. İstanbuldakı hava limanındakı terror 45 nəfərin həyatını itirməsinə

Dünyanın harasında müsəlman varsa, orada haçansa terror törədilməyəcəyinə, günahsız insanların qanının su kimi axıdılmayacağına təminat yoxdur. Müsəlmanların müqəddəs ayı hesab edilən Ramazan ayında da terrorlara ara verilmədi. İstanbuldakı hava limanındakı terror 45 nəfərin həyatını itirməsinə səbəb oldu. İraqın paytaxtı Bağdadda törədilən terror aktlarında 200-dən çox müsəlman öldü. Səudiyyə Ərəbistanın müqəddəs şəhəri Mədinədə, Məscidi Peyğəmbər yaxınlığında isə bombalı hücum təşkil olundu.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Mədinə və Katif şəhərlərində təşkil edilən intihar hücumlarında 7 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqladı.
Göründüyü kimi, müsəlmanlar elə öz din qardaşlarına qənim kəsiliblər. 21-ci əsrdə dünyanın heç yerində başqa dinə sitayiş edənlər bu cür amansız terrorlar törətməyi ağıllarına belə gətirmirlər. Bu gün hətta müqəddəs Mədinədə terror törədilirsə, deməli dünya müsəlmanlarının çox ciddi problemləri var.

Söhbət problemdən düşmüşkən, Allaha şükür edək ki, Azərbaycanda dinçi radikallar İraqda, Suriyada, digər müsəlman ölkələrində olduğu kimi terror törətmək gücündə, həm də imkanında deyillər. Ancaq bizim ölkəmizin də müsəlmanlıq sarıdan ciddi problemi var.

Dünən Türkiyədə Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb. Hətta Rusiyanın paytaxtında da müsəlmanlar ən böyük məscidlərdən birinə toplaşıblar. Azərbaycanda isə bayram namazı bu gün qılınacaq. Niyə?

Bu sualın cavabını axtarmağa dəyməz. İllərdən bəridir bizim müsəlmanların çoxbilmişi hesab edilən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Ramazan ayının həm başlanğıcını, həm də bitişini İran mollalarının istəyinə uyğun müəyyən edir.

Qəribədir, bayram təbrikini dünən yayımlayan Şeyxülislam bayram namazının qılınmasını niyə sabaha təyin edib? Bu sualın da cavabı bəllidir. Çünki onun asılı olduğu (buna başqa nə ad vermək olar?) İran dindarları hər il Ramazan ayını öz istədikləri tarixdə başladıb, istədikləri tarixdə başa çatdırırlar. Bunun nədən qaynaqlandığını da bilirik. Hətta bu məsələ dəfələrlə gündəmə gəlib, bəzi tanınmış siyasətçilər, deputatlar Şeyxülislamın Azərbaycanı Türkiyədən ayırıb, İrana tərəf meylləndirilməsi haqda iradlarını da səsləndiriblər. Allahşükür əfəndi isə öz bildiyini edir. Necə deyərlər, öz müqəddəsliyini sübut etməyə çalışır…

Mütləq bunu qeyd etmək lazımdır ki, Azərbaycanda, hətta Qafqaz Müsəlmanları İdarəsindən asılı olan bir çox dindarlarlar, mollalar Allahşükür Paşazadəni özlərinə dini lider kimi qəbul etmirlər. Bu səbəbdən onun dini qaydalarına da əməl etmirlər. Məsələn, onlar oruc tutmağa Türkiyədəki tarixdə başlayıb, orada bayram namazı qılınan gün də başa vururlar…

Zahid Səfərov, AzToday.az (http://www.aztoday.az/43439.html)

Print Friendly, PDF & Email
Review overview