Home / Cəmiyyət  / Sabah yağış yağacaq, leysan olacaq – BAYRAM HAVASI

Sabah yağış yağacaq, leysan olacaq – BAYRAM HAVASI

İyulun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.   Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ASSA-ya verilən məlumata görə, şimal küləyi əsəcək. Abşeron yarımadasında

İyulun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ASSA-ya verilən məlumata görə, şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview