Home / İdman  / Messi azarkeşləri: Gəlin, bütün zamanların ən nəhəngini getməyə qoymayaq – VİDEO

Messi azarkeşləri: Gəlin, bütün zamanların ən nəhəngini getməyə qoymayaq – VİDEO

Müxtəlif mənbələr Lionel Messinin Argentina millisinə dönəcəyini desələr də, hələ ki, bu barədə dəqiq məlumat yoxdur. Marca-ya istinadən bildirilir ki, ötən həftə Messinin qohumu və eyni zamanda masajçısı Marselo D`Andrea onun qayıdacağını, amma sentyabrda Uruqvay və

Müxtəlif mənbələr Lionel Messinin Argentina millisinə dönəcəyini desələr də, hələ ki, bu barədə dəqiq məlumat yoxdur.
Marca-ya istinadən bildirilir ki, ötən həftə Messinin qohumu və eyni zamanda masajçısı Marselo D`Andrea onun qayıdacağını, amma sentyabrda Uruqvay və Venesuelaya qarşı oyunlarda iştirak etməyəcəyini bildirib. Onlarla məşhur adam, hətta Argentina prezidenti Maurisio Makri, adaşı (adı ilə adlandırıldığı) məşhur müğənni Laynl Riççi, sadə insanlar Messiyə qayıtması üçün müraciət ediblər.

Son çarəni isə Leoya Allahın adı ilə müraciət etməkdə görüblər. 
Bu gün yayılan videoda Leonun kiçik yaşlarından bu yana oynadığı futboldan fraqmentlər göstərilir və “Allahın səsi” Messiyə Argentina dəsmalını atmamağı məsləhət görür: “Öz adıma and verirəm. Yalnız sənin əlində o dəsmal qalacaq və sən onu göylərdə, buludlardan asacaqsan”.
Videonun sonunda isə səs müraciət edir: “Gəlin bütün zamanların ən nəhəngini getməyə qoymayaq”. (milli.az)

Review overview