Home / Hadisə  / Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış: 4 ölü, 5 yaralı – YENİLƏNİB

Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış: 4 ölü, 5 yaralı – YENİLƏNİB

Səudiyyə Ərəbistanı DİN-i Mədinə şəhərində baş verən partlayış nəticəsində 4 təhlükəsizlik xidməti əməkdaşının öldüyünü, 5-in isə yaralandığını təsdiqləyib.   APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib. Məlumatda qeyd olunur ki, asayiş keşikçiləri Peyğəmbər məscidi yaxınlığındakı  nəzarət-keçid

Səudiyyə Ərəbistanı DİN-i Mədinə şəhərində baş verən partlayış nəticəsində 4 təhlükəsizlik xidməti əməkdaşının öldüyünü, 5-in isə yaralandığını təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Məlumatda qeyd olunur ki, asayiş keşikçiləri Peyğəmbər məscidi yaxınlığındakı  nəzarət-keçid məntəqəsində terrorçunu saxlamağa çalışanda, o, özünü partladıb.

 

Hadisə ilə əlaqədar araşdırma aparılır. Məsciddə və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

***

 

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

 

Məlumata əsasən, insident zamanı 4 təhlükəsizlik xidməti əməkdaşı ölüb, daha 4 nəfərin ağır yaralandığı bildirilir.

 

Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

 

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

***

 

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

 

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.

 

Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb.

 

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview