Home / Cəmiyyət  / “Azercell” karyera yarmarkasında iştirak etdi – FOTO

“Azercell” karyera yarmarkasında iştirak etdi – FOTO

“Azercell” şirkəti Baki Biznes Universitetində keçirilən karyera yarmarkasında iştirak edib. Şirkətdən ASSA-ya bildiriblər ki, Səbail rayon Məşğulluq İdarəsi tərəfindən təşkil olunan karyera yarmarkasında 200-dən çox tələbə “Azercell”in stendinə yaxınlaşıb. Tələbələr mövcud əmək bazarında ixtisaslarına olan tələbat barədə

“Azercell” şirkəti Baki Biznes Universitetində keçirilən karyera yarmarkasında iştirak edib.

Şirkətdən ASSA-ya bildiriblər ki, Səbail rayon Məşğulluq İdarəsi tərəfindən təşkil olunan karyera yarmarkasında 200-dən çox tələbə “Azercell”in stendinə yaxınlaşıb. Tələbələr mövcud əmək bazarında ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Şirkət nümayəndələri “Azercell”də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Texnologiyalar Departamentində mövcud olan vakansiyalar barədə yarmarka iştirakçıları məlumatlandırılıb.

Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, şirkətdə karyera qurmaq istəyində gənclərə məsləhətlər verilib, onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Review overview